DÜNYA

Belçika-Azərbaycan Gənclər Təşkilatı yarandı

Belçika-Azərbaycan Gənclər Təşkilatı yarandı

Avropada daha bir gənclər təşkilatı yaranıb. Bu barədə məlumatı yeni yaranan təşkilatın sədri İlkin Hüseynov verib: “Neçə zaman idi ki, belə bir gənclər təşkilatının yaranması bizi düşündürürdü.

Belçikada xeyli sayda azərbaycanlı gənclər var. Onlar işləyirlər və universitetlərdə təhsil alırlar. Bir qurum ətrafında birləşmək və ortaq hərəkət etməyimiz, Azərbaycan həqiqətlərinin çatdırılmasına müsbət təsir göstərir. Belçika-Azərbaycan Gənclər Təşkilatı Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə və Avropanın digər ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları sıx əməkdaşlıq çərçivəsində birgə fəaliyyət göstərəcək”.
Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi təşkilat yaranmasını alqışladığını bildirdi: “İlkin Hüseynov bacarıqlı və vətənpərvər gəncdir. Onu neçə ildir ki,tanıyıram. O, Azərbaycanla bağlı keçirilən tədbirlərdə fəal iştirak edib. Ölkəmizi layiqincə təmsil edir. Hər görüşdə xaricilərə Azərbaycan və Qarabağ həqiqətləri haqqında geniş məlumatlar verir. Təşkilatın uğur qazanacağına inanıram”.

Elnur Eltürk



Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir